• 14 °C
|

Aİ Şurası və Avropa Parlamenti 2026-cı il büdcəsi üzrə razılığa gəlib

16 Noyabr 2025
img

Avropa İttifaqı Şurası və Avropa Parlamenti gələn il üçün Aİ-nin illik büdcəsi ilə bağlı razılığa gəlib.

APA xəbər verir ki, bu barədə məlumat Aİ Şurasının açıqlamasında yer alıb.

2026-cı il büdcəsi İttifaqın prioritetlərinin icrasına və mövcud çağırışların həllinə yönəldiləcək.

Sənədin məqsədi Aİ-nin rəqabət qabiliyyətini artırmaq, müdafiə potensialını və hazırlığını gücləndirmək, humanitar yardım layihələrini dəstəkləmək və miqrasiya təzyiqinin azaldılmasına töhfə verməkdir.