• 9 °C
|

Aİ Ukraynaya yeni hərbi yardım paketi üzərində işləyir

16 Fevral 2025
img

Avropa rəsmiləri Ukraynaya yeni irihəcmli hərbi yardım paketinin razılaşdırılması üzərində çalışırlar.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı Kiyev hakimiyyətinə yeni hərbi yardım paketini fevralın 23-də Almaniyada keçiriləcək parlament seçkilərindən sonra elan edə biləcək.