16 Mar 2026

Almaniya və ABŞ Ukraynaya "Patriot" zenit-raket komplekslərinin tədarükü ilə bağlı yekun razılaşmaya yaxınlaşıblar.
APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Almaniya və ABŞ rəsmiləri razılaşmanın son detalları üzərində işləyirlər.
Razılaşmaya əsasən, Almaniya öz ehtiyatlarından Ukraynaya iki “Patriot” kompleksi göndərəcək, əvəzində isə ABŞ bu sistemləri sənaye anbarlarından təkrar Almaniya üçün təmin edəcək.