• 30 °C
|

Almaniya XİN rəhbəri: Trampın Kiyevə yardımı davam etdirmək qərarı Mertsin səyləri ilə bağlıdır

20 İyul 2025
img

ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı davam etdirmək qərarı Almaniya kansleri Fridrix Mertsin səyləri ilə bağlıdır.

APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful “Bild” qəzetinə müsahibəsində deyib.

“Bütün Avropa Ukraynanın yanındadır, ABŞ da dəstəyi davam etdirməyə hazırdır. Bu, böyük ölçüdə Almaniya kanslerinin təşəbbüsü sayəsində mümkün olub”, – nazir bildirib.