• 9 °C
|

Almaniyada avtomobilin dayanacağa çırpılması nəticəsində bir neçə nəfər xəsarət alıb

23 Dekabr 2025
img

Almaniyanın Giessen şəhərində avtomobil avtobus dayanacağına çırpılıb.

APA xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, “Audi” markalı avtomobilin sürücüsü eyni istiqamətdə hərəkət edən iki digər avtomobillə toqquşub. Toqquşmaya baxmayaraq, sürücü avtomobili sürməyə davam edib və daha sonra avtobus dayanacağına çırpılıb.

Qəzetin şəhər polisinə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində azı dörd nəfər xəsarət alıb.

Sürücü tezliklə polis tərəfindən saxlanılıb və onun Giessendə yaşayan 32 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilir.