• 10 °C
|

Almaniyanın müdafiə naziri ABŞ-ın İrana qarşı hərbi dəstək çağırışını rədd edib

16 Mart 2026
img

Bu bizim müharibəmiz deyil.

“Reuters” xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın tərəfdaşlarından dəstək istəməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Pistorius ABŞ Prezidenti Donald Trampın İrana qarşı ABŞ-İsrail müharibəsində hərbi dəstək tələblərini rədd edib.

“Trampbir neçə Avropa freqatınınABŞ-ın güclü donanmasının edə bilmədiyiişi görəbiləcəyini gözləyir? Bu bizim müharibəmiz deyil və biz başlamamışıq”, – nazir qeyd edib.

Nazir Almaniya ordusunun Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdə iştirak etməyəcəyini bildirib.