• 27 °C
|

Almaniyanın vitse-kansleri: Sülh əldə olunarsa, Ukraynaya təhlükəsizlik təminatları lazım olacaq

21 Avqust 2025
img

Bundesver hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı qərar vermək üçün hələ vaxt yetişməyib.

APA xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbeyl “Sat.1” telekanalının efirindəbildirib.

“Gözləmək və görmək lazımdır ki, Rusiya və Ukrayna arasında doğrudan da sülh olacaqmı. Əgər sülh əldə olunarsa, Ukraynaya təhlükəsizlik təminatları lazım olacaq”, – nazir qeyd edib.