• 10 °C
|

Alp dağlarında beş turistin meyiti aşkar edilib

26 May 2025
img

İsveçrədə Alp dağlarının Rimpfişhorn massivində beş turistin meyiti aşkar edilib.

APA xəbər verir ki, bu barədə “Deutsche Welle” telekanalı məlumat yayıb.

“Zermatt dağ-xizək kurortu yaxınlığında beş xizəkçinin cansız bədəni tapılıb”, – məlumatda qeyd olunur.

Hazırda ölən şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisənin dəqiq səbəblərinin araşdırılması üçün istintaq başlayıb.