Avropa İttifaqı (Aİ) rəqəmsal sahədə ABŞ-la əməkdaşlığını genişləndirməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa Komissiyasının Beynəlxalq Rəqəmsal Strategiyasına dair layihəsinə istinadla məlumat yayıb.
Nəşr yazır ki, bu qərar Aİ-nin bulud xidmətləri, süni intellekt və mikroçiplər kimi kritik texnologiya sahəsində ABŞ-ın üstün mövqeyini qəbul etməklə bağlıdır.
Qeyd olunur ki, Avropa bazarda dominant mövqedə olan ABŞ texnologiya şirkətlərindən tam asılılığı aradan qaldıra bilməyəcək.
Məlumata görə, ABŞ şirkətləri Avropa bulud xidmətləri bazarının 2/3-dən çoxuna nəzarət edir.
Həmçinin, ABŞ Avropa İttifaqını süni intellekt sahəsində də xeyli qabaqlayır. Mikroprosessorlara gəldikdə isə, Avropanın dünya bazarındakı payı təxminən 10%-ə qədər azalıb.