14 İyl 2025
Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bu gün razılaşdıra bilər.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yeni paketə əsasən, Rusiyadan alınan neftə ilkin qiymət tavanı 47 dollar səviyyəsində müəyyən ediləcək və bu məbləğ hər altı ayda bir yenidən nəzərdən keçiriləcək.
Agentliyin məlumatına görə, Aİ ölkələrinin əksəriyyəti paketdə yer alan elementlərlə razılaşıb, lakin üzv dövlətlərdən biri neftin qiymət tavanı ilə bağlı tərəddüdlərini hələ də saxlayır.