19 Apr 2025
Fransa Prezidenti Emmanuel Makronun administrasiyası bildirib ki, Avropa ölkələrinin nümayəndələri Ukrayna münaqişəsinin həlli prosesinə qoşulurlar.
APA xəbər verir ki, bu barədə məlumat “SkyNews” telekanalının saytında yer alıb.
"Ən vacib məsələ odur ki, bu gün Parisdə avropalıların da iştirak etdiyi müsbət bir prosesə start verdik", — deyə Fransa prezidentinin müşaviri qeyd edib.