16 Mar 2026

“Avstriya neytrallıq siyasətini müzakirəyə çıxarmayacaq və NATO-ya daxil olmaq gündəmdə deyil.”
APA xəbər verir ki, bunu respublikanın kansleri Kristian Stoker ORF telekanalına müsahibəsində deyib.
“Biz neytral ölkəyik. Neytrallıq şübhə altına alına bilməz. NATO-ya qoşulmaq müzakirə mövzusu deyil”, – deyə o bildirib.