• 10 °C
|

Avstriya Rusiyaya qarşı 19-cu sanksiya paketinə razılıq verib

18 Oktyabr 2025
img

Avstriya Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı yeni sanksiya paketinin qəbuluna razılıq verib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 20-də Avropa İttifaqının xarici işlər nazirləri Lüksemburqda toplanaraq Rusiyaya qarşı 19-cu sanksiya paketinin qəbulunu yekunlaşdırmağı planlaşdırırlar.