19 Fev 2026

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərinin ölkədəki nüvə obyektlərinə girişini bərpa etmək üçün İran hakimiyyəti ilə danışıqlar aparır.
APA xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi bildirib.
O qeyd edib ki, BAEA müfəttişləri İranın ərazisində qalan nüvə yanacağı və digər infrastrukturla bağlı öhdəliklərinə əməl etdiyinə əmin olmalıdırlar.
"Düşünürəm ki, İran bizim qayıtmalı olduğumuzu başa düşür. Biz bunu müzakirə edirik", – o bildirib.