• 29 °C
|

Belçika Qrenlandiyaya 30 hərbçi göndərəcək

7 Avqust 2026
img

Belçika NATO-nun Arctic Sentry missiyası çərçivəsində Qrenlandiyaya 30-dək hərbçi göndərəcək.

"Belga" nəşri xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Frankken bildirib.

Məlumata görə, Belçika hərbçiləri sentyabrın 4-dən 18-dək Qrenlandiyada keçiriləcək NATO təlimlərində iştirak edəcəklər.

Belçikanın müdafiə naziri məlumatı İslandiyaya səfəri zamanı təsdiqləyib.