• 23 °C
|

Bloomberg: ABŞ Almaniyanın G20-də Rusiya ilə bağlı mövqeyindən narazı qalıb

4 Sentyabr 2026
img

ABŞ və Avropa arasında Rusiya və iqtisadi siyasətlə bağlı fikir ayrılıqları münasibətlərdə gərginliyi artırır.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ rəsmiləri Almaniya nümayəndələrinin Vaşinqtonun valyuta müdaxilələrini açıq şəkildə tənqid etməsindən və G20 toplantısında Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməsindən sonra Berlinə narazılıqlarını çatdırıblar.

“Bloomberg” yazır ki, ABŞ-nin maliyyə naziri Skott Bessent Almaniyanın maliyyə naziri Lars Klinqbaylın rusiyalı həmkarı Anton Siluanova qarşı barışmaz və açıq konfrontasiya xarakterli mövqeyindən xüsusilə narazı qalıb.

Agentliyin qiymətləndirməsinə görə, baş verənlər ABŞ ilə Avropa arasındakı münasibətlərdə artan gərginliyi əks etdirir. Vaşinqton və Avropa paytaxtları son dövrdə ticarət tariflərindən Ukrayna müharibəsinə və Rusiya ilə münasibətlərə qədər bir sıra məsələlərdə fərqli mövqelər nümayiş etdirirlər.