• 30 °C
|

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

8 Avqust 2026
img

Bolqarıstan Xarici İşlər Nazirliyi Ukraynanın ölkədəki səfiri Olesya İlaşuku pilotsuz uçuş aparatının Bolqarıstan hava məkanına daxil olması ilə bağlı izahat vermək üçün çağırıb.

APA xəbər verir ki, hadisə avqustun 8-də səhər saatlarında baş verib.

Bolqarıstanın Müdafiə Nazirliyi Rumıniya tərəfdən ölkə hava məkanına daxil olaraq partlayan dronun Ukraynaya məxsus “Maya” aparatı olduğunu müəyyən edib.

Dron Kardam bölgəsində, keçmiş sərhəd-keçid məntəqəsindən 200 metr, Transbalkan qaz kəmərinin kompressor stansiyasından isə 1 kilometr məsafədə partlayıb.

Səfir ölkə xaricində olduğundan görüş avqustun 10-da keçiriləcək.