Britaniyanın baş naziri Kir Starmer 16 yaşdan kiçik uşaqların və yeniyetmələrin sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.
"Kir Starmer millət vəkillərinə uşaqların və yeniyetmələrin telefonlarında keçirdikləri vaxtdan narahat olaraq, uşaqlar üçün Avstraliya üslubunda sosial media qadağası ideyasına açıq olduğunu bildirib. Baş nazir bazar ertəsi axşamı Leyborist millət vəkillərinə bildirib ki, beş yaşlı uşaqların hər gün saatlarla ekran qarşısında vaxt keçirməsi ilə bağlı xəbərlərdən narahatdır və sosial medianın 16 yaşdan kiçik uşaqlara vurduğu zərərdən getdikcə daha çox narahatdır", – qəzet yazır.