• 11 °C
|

Britaniya Hərbi Dəniz Qüvvələri Rusiya hərbi gəmisini saxlayıb

22 Oktyabr 2025
img

Britaniya Hərbi Dəniz Qüvvələrinin "HMS Duncan" esminesi və "Wildcat" helikopteri öz ərazi sularında Rusiyaya məxsus “Vitse-admiral Kulakov” hərbi gəmisini müvəffəqiyyətlə saxlayıb.

APA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Hadisə ilk dəfə NATO-nun birbaşa göstərişi ilə həyata keçirilən əməliyyat çərçivəsində baş tutub.

Əməliyyata həmçinin Fransa Hərbi Dəniz Qüvvələri və Niderlandın NH90 helikopteri də cəlb edilib.