• 10 °C
|

Britaniya Hörmüz boğazına minaaxtaran dronların göndərilməsini müzakirə edir

15 Mart 2026
img

Böyük Britaniyanın Müdafiə Nazirliyi Hörmüz boğazında naviqasiyanı bərpa etmək üçün minaaxtaran dronlardan istifadə etmək imkanlarını müzakirə edir.

APA xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti mənbələrə istinadən məlumat verib.

Məlumata görə, Kral Dəniz Qüvvələrinin dörd avtonom minaaxtaran sistemi var – “Wilton”, “Sweep”, “SeaCat” və MMCM. Bu dronların dəqiq sayı məlum deyil. Qəzet hansı sistemlərin Yaxın Şərqdə yerləşdirilə biləcəyi haqda dəqiq məlumat verməyib.