• 27 °C
|

Britaniya İranı danışıqlar masasına qayıtmağa çağırıb

27 İyun 2025

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi İranın xarici işlər naziri Abbas Araqçi ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Britaniya XİN rəhbəri sosial şəbəkə platforması “X”də paylaşım edib.

Devid Lemmi bəyan edib ki, İran heç vaxt nüvə silahına sahib ola bilməz. O, həmkarını danışıqlara qayıtmağa çağırıb.

“Mən onu atəşkəsin saxlanmasına kömək edən və gələcək münaqişələrin qarşısını alan uzunmüddətli həllə nail olmaq üçün danışıqlar masasına qayıtmağa çağırdım. İran heç vaxt nüvə silahına malik ola bilməz”, – Britaniya xarici işlər naziri qeyd edib.