• 10 °C
|

Britaniya MN: ABŞ qoşunlarını krallıqdan çıxarmayacaq

11 Aprel 2026
img

ABŞ Böyük Britaniya ərazisindən hərbi qüvvələrini çıxarmağı planlaşdırmır.

Bu barədə Britaniyanın müdafiə naziri Con Hili "Sky News"a müsahibəsində deyib.

Nazir bildirib ki, Londonun İranla bağlı əməliyyata qoşulmamasına baxmayaraq, ABŞ tərəfindən heç bir “cavab addımı” gözlənilmir.

Onun sözlərinə görə, Britaniya NATO çərçivəsində öhdəliklərini yerinə yetirir və ABŞ əməliyyatlarına dəstək verir.