• 29 °C
|

Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb

10 İyul 2025
img

Birləşmiş Krallıq və Fransa öz nüvə qüvvələrinin koordinasiyası və hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni saziş imzalayıblar.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, tərəflər hazırda Ukraynada istifadə olunan "Storm Shadow" qanadlı raketlərindən əlavə sayda almağa razılaşıblar.

Eyni zamanda, nüvə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair razılaşma əldə olunub.