• 26 °C
|

Britaniyada istilər səbəbindən bəzi xəstəxanalarda qan analizləri dayandırılıb

30 İyul 2026
img

Böyük Britaniyada davam edən istilər səbəbindən bəzi xəstəxanalar qan analizlərinin götürülməsini müvəqqəti dayandırıb.

Bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Məlumata görə, yüksək temperatur qan nümunələrinin saxlanmasına və analizlərin düzgün nəticə verməsinə mənfi təsir göstərir.

Eyni zamanda, kondisionerlərdən istifadənin məhdudlaşdırılması səbəbindən bəzi laboratoriyalarda tələb olunan temperatur rejimini təmin etmək mümkün olmur.