• 15 °C
|

Çexiyada dizel yanacağının qiyməti son 4 ilin maksimumuna çatıb

7 Aprel 2026
img

Çexiyada yanacaq qiymətlərində ciddi artım qeydə alınıb.

Bu barədə "CTK" agentliyi məlumat yayıb.

Məlumata görə, ölkədə dizel yanacağının litri orta hesabla 48,39 krona (təxminən 2 avroya yaxın) yüksələrək son 4 ilin ən yüksək səviyyəsinə çatıb.

Benzin qiymətləri də artaraq son 3,5 ilin maksimumunu göstərib və “Natural 95” markalı benzinin litri orta hesabla 41,63 kron (təxminən 1,7 avro) təşkil edir.

Qeyd olunub ki, hökumət qiymət artımını məhdudlaşdırmaq üçün yanacaq satıcılarının marjasını azaltmaq və dizelə tətbiq olunan aksiz vergisini aşağı salmaq qərarı verib.

Həmçinin Maliyyə Nazirliyi yanacağın maksimal qiymətlərini gündəlik müəyyən edəcək.