• 12 °C
|

Egey dənizində ardıcıl zəlzələlər olub – YENİLƏNİB

2 Fevral 2025
img

Egey dənizində Türkiyə vaxtı ilə saat 11:37-də 3,6, saat 12:14-də 3,6, 12:26-da isə 3,5 bal gücündə zəlzələlər baş verib.

APA xəbər verir ki, yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

12:49

Egey dənizində yerli vaxtla saat 10:22-də 4,7 bal gücündə zəlzələ olub.

APA xəbər verir ki, yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ ölkənin Muğla vilayətinin Bodrum rayonundan 171,26 kilometr məsafədə meydana gəlib. Yeraltı təkanların ocağı dənizin 6,64 kilometr dərinliyindədir.