12 İyl 2026

Rusiya iyulun 9-da Finlandiyaya iki ölkə sərhədindəki dəmir yolu keçid məntəqələrinin müvəqqəti bağlanması barədə rəsmi bildiriş göndərib.
Bu barədə "Yle" teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, Finlandiya hakimiyyəti qəbul edilmiş qərardan hələ iyunun sonunda xəbərdar olub, lakin indi bununla bağlı rəsmi sənəd əldə edilib.
Hərəkətin məhdudlaşdırılması Vartius-Lyuttya, Niirala-Vyartsilya, İmatra-Svetogorsk daxil olmaqla bir neçə keçid məntəqəsinə, həmçinin Vıborq və Sankt-Peterburq stansiyalarına şamil ediləcək.