• 7 °C
|

Finlandiya XİN: Kiyevə hərbi yardım artırılmalıdır

22 Fevral 2026
img

Ukraynaya hərbi yardımın artırılmasına ehtiyac var.

APA xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen “Yle” telekanalına müsahibəsində bildirib.

Nazir Rusiyanın Ukraynada sülhə real maraq göstərmədiyini və Moskvanın strateji qələbə əldə etmədiyini deyib.

Valtonen qeyd edib ki, Finlandiya Ukraynaya müdafiə materialları və enerji böhranının aradan qaldırılması üçün yardım göndərir, lakin bunun kifayət etmədiyini vurğulayıb.

“Daha çox iş görülməlidir”, – deyə o bildirib.

Nazir Rusiyaya təzyiqlərin artırılması məsələsini şərh edərkən vəziyyəti mürəkkəb adlandırıb.