• 24 °C
|

Finlandiyanın XİN başçısı Trampı Rusiyaya qarşı sanksiyalara dəstək verməyə çağırıb

1 İyul 2025
img

Finlandiyanın xarici işlər naziri Elina Valtonen ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı sanksiyalarla bağlı Senatın təşəbbüsünü dəstəkləməyə çağırıb.

APA xəbər verir ki, Valtonen bu barədə “X” hesabında paylaşım edib.

O, qeyd edib ki, sanksiya təzyiqi tədricən Rusiyanın müharibəni davam etdirməsini çətinləşdirəcək mərhələyə yaxınlaşdırır.

Nazirin sözlərinə görə, Ukrayna üçün ədalətli sülhü təmin etmək üçün Rusiyaya təzyiqlər davam etməlidir.