05 Yan 2026

ABŞ-ın Venesuelada həyata keçirdiyi hərəkətlər “neft avantürası”dır.
APA xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyətə təsir imkanları məhdud olsa da, ABŞ-ın bu addımlarını qəti şəkildə pisləmək və rədd etmək lazımdır.
Baş nazir vurğulayıb ki, bu mövqe Slovakiya–ABŞ münasibətlərinə mənfi təsir göstərə bilsə belə, o, bu riski qəbul edir.