• 9 °C
|

Fransa DİN Yeni il ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirəcək

20 Dekabr 2025
img

Fransanın daxili işlər naziri Loran Nunez Yeni il bayramları ərəfəsində ölkə üzrə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı regionların prefektlərinə göstəriş məktubu göndərib.

APA xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Nazirin məktubunda “terror təhlükəsinin çox yüksək səviyyədə olması və ictimai asayişin pozulması riskləri” ilə əlaqədar bütün ölkə ərazisində təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi, hüquq-mühafizə orqanlarının görünən və daimi iştirakı tələb olunur.

Qeyd olunur ki, insanların kütləvi toplaşdığı məkanlar fasiləsiz nəzarət altında saxlanılacaq, ictimai nəqliyyatda təhlükəsizliyə isə xüsusi diqqət yetiriləcək.