• 19 °C
|

Fransa iğtişaşlara çağırış edən sosial şəbəkələri bloklaya bilər

27 Oktyabr 2026
img

Fransa hökuməti hakimiyyətin tələbindən sonra üsyana və zorakılığa çağırış edən paylaşımları silməyən sosial şəbəkələrin bloklanmasını nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumata görə, müvafiq qanun layihəsinə dəyişiklik parlamentə təqdim olunub.

Təklifə əsasən, platformalar terror aktlarına, üsyana və silahlı mübarizəyə çağırış edən materialları bir saat ərzində silməlidir.

Qətl, zorakılıq və talan çağırışlarının aradan qaldırılması üçün isə 24 saat vaxt veriləcək.

Təşəbbüs oktyabrın 17-də keçirilən etiraz aksiyalarını müşayiət edən kütləvi iğtişaşlardan sonra irəli sürülüb.