08 Apr 2026

Fransa İsrailin terrora görə ölüm hökmünü nəzərdə tutan qanunun qəbulunu pisləyib.
"Public Senat" telekanalının məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.
Nazir bildirib ki, qanunun qəbul edilməsi ciddi narahatlıq doğurur və Fransa ölüm hökmünün ümumi ləğvini dəstəkləyir.
Qanun İsrail parlamentində 62 lehinə, 48 əleyhinə səslə qəbul edilib və edamların asılma yolu ilə icrası nəzərdə tutulur.
Sənədin konstitusiyaya uyğunluğu məsələsinə İsrail Ali Məhkəməsinin baxacağı gözlənilir.