• 30 °C
|

Fransa Seneqaldakı son iki hərbi bazasını yerli hökumətə təhvil verib

17 İyul 2025
img

Fransa Seneqaldakı son iki hərbi hissəsini Seneqal hökumətinə təhvil verib.

APA xəbər verir ki, bununla bağlı Fransa və Seneqal rəsmilərinin iştirak etdiyi mərasim keçirilib.

Belə ki, “Camp Geille” hərbi bazası və Dakar hava limanındakı ərazin Seneqal rəhbərliyinə qaytarılıb.

350-yə yaxın fransız əsgərinin öz ölkələrinə qayıtması ilə sonra Fransanın qərbi və mərkəzi Afrikada daimi hərbi mövcudluğu sona yetəcək.

Qeyd edək ki, 2024-cü ildə Seneqalda prezident seçkilərində qalib gələn Bassiru Diomaye Fransa hərbi qüvvələrinin ölkədən çıxarılmasını tələb etmişdi.