• 11 °C
|

Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

15 Fevral 2025
img

Fransanın Lil şəhərində polis məktəbinin kursantı barın qarşısında avtomobillə 5 nəfərə xəsarət yetirib.

APA “Le Matin” saytına istinadla xəbər verir ki, kursant sərxoş olduğu üçün bardan çıxarılıb. O isə bir müddət sonra geri qayıdaraq qisas məqsədi ilə avtomobili barın qarşısında dayananların üzərinə sürüb. Xilasedicilərin məlumatına görə, xəsarət alan 5 nəfərdən birinin vəziyyəti ağırdır.

Hadisəni törətməkdə təqsirləndirilən kursant həbs edilib.