• 15 °C
|

Fransada qasırğa nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

21 Oktyabr 2025
img

Fransanın paytaxtı Parisin şimalında yerləşən Val-d'Uaz departamentində qasırğa nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Figaro” məlumat yayıb.

"Bazar ertəsi axşam Val-d'Uazın bir neçə şəhəri güclü qasırğaya məruz qalıb. Külək və qasırğa üç kranın dağılması da daxil olmaqla xeyli maddi ziyana səbəb olub. Bu hadisələr nəticəsində Hermont kommunasında bir nəfər ölüb, dörd nəfər ağır yaralanıb", – məlumatda deyilir.

Qeyd olunur ki, güclü külək ağacları kökündən qoparıb, evlərin damlarını uçurub.