• 14 °C
|

Fransalı nazir barədə istintaq başlanıb

17 Sentyabr 2025
img

Fransa prokurorluğu mədəniyyət naziri Raşida Datinin bəyan edilməmiş zinət əşyaları ilə bağlı araşdırmaya başlayıb.

APA xəbər verir ki, bu barədə prokurorluq AFP-yə məlumat verib.

Apreldə Fransanın “Liberation” qəzeti yazmışdı ki, Dati hökumətdə fəaliyyətə başladıqdan sonra ümumi dəyəri 420 min avro olan zinət əşyaları və saatları bəyan etməyib.

Prokurorluq AFP-yə şərhində bildirib ki, “mümkün hüquq pozuntusu, yənizinət əşyalarının bəyan edilməməsi ilə bağlı yayılan məlumatlardan sonra istintaq başlanıb”.