• 28 °C
|

Frederiksen: Rusiya onilliyin sonuna qədər Aİ üçün təhdidə çevrilə bilər

8 İyul 2025
img

Rusiya onilliyin sonuna qədər Avropa İttifaqı üçün təhdidə çevrilə bilər.

APA xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

“Rusiyanın silahlanması o deməkdir ki, bu ölkə iki və ya beş il ərzində Avropa və NATO üçün ciddi hərbi təhdidə çevriləcək. Buna görə də bizim prioritetimiz Avropanın təhlükəsizliyini gücləndirməkdir. Ən geci 2030-cu ilə qədər olmaqla özümüzü müdafiə etməyə qadir bir formaya gəlib çıxmalıyıq”, – Baş nazir vurğulayıb.

Frederiksen Avropanın son 30 ildə öz hərbi xərclərini azaltmasını tənqid edib və bunu böyük səhv adlandırıb.