• 12 °C
|

Gürcüstan-Ermənistan sərhədi yaxınlığında zəlzələ baş verib

20 May 2025
img

Gürcüstan-Ermənistan sərhədi yaxınlığında zəlzələ baş verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki məlumatı Gürcüstanın Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi yayıb.

Bildirilib ki, zəlzələnin episentri Gürcüstan-Ermənistan sərhəd zonası yaxınlığında, sərhəddən 3 kilometr aralıda yerləşib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 10:11-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5 olub.