• 29 °C
|

Gürcüstan hakimiyyəti Rusiya ilə müharibənin başlamasında Saakaşvilini günahlandırıb

8 Avqust 2026
img

“Avropa Şurasının qətnaməsində təqribən belə yazılıb ki, münaqişə genişmiqyaslı hərbi əməliyyatlar mərhələsinə Saakaşvili rejiminin Tsxinvalı bombalamasından sonra başlayıb”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, münaqişənin müharibəyə çevrilməsi Saakaşvili rejiminin müharibəyə başlaması deməkdir.

"Təəssüf ki, qətnamədə Saakaşvili rejimi yazılmayıb, Gürcüstan tərəfi yazılıb”, – Kobaxidze əlavə edib.