• 16 °C
|

Gürcüstan prezidenti bəzi müxalifət partiyalarının qadağan olunmasını dəstəkləyib

29 Oktyabr 2025

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili hakim Gürcü Arzusu – Demokratik Gürcüstan partiyasının Konstitusiya Məhkəməsinə müraciət edərək üç müxalifət partiyasının, o cümlədən keçmiş prezident Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkatın qadağan olunması qərarını dəstəkləyir.

APA xəbər verir ki, Kavelaşvili bu barədə televiziya kanallarından birinə müsahibəsi zamanı danışıb.

“Onlar xarici maliyyə vasitəsilə siyasi mühitə bu qədər məqsədyönlü şəkildə zərər vururlar. Mənim fikrimcə bu halda belə siyasi partiyaların bizim siyasi məkanımızda mövcud olmaması üçün əsaslar yaranır”, – Kavelashvili bildirib.