01 İyl 2025
Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze istefa verib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat paylaşıb.
Nazir vəzifəsində işlədiyim müddətdə nazirliyin əməkdaşları ilə birlikdə bütün səviyyələrdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün bir çox mühüm təşəbbüslər həyata keçirdik, o cümlədən bir sıra innovativ layihələrlə bağlı işə başladıq və inanıram ki, yeni nazir onların tamamlanmasını təmin edəcək”, – Tsuladze qeyd edib.