• 9 °C
|

Gürcüstanın baş naziri Rusiya ilə münasibətlərdən danışıb

22 Dekabr 2025
img

“Gürcüstanın Rusiyaya münasibətdə siyasəti olduqca aydındır. Bizim işğal məsələsi ilə bağlı “qırmızı xətlər”imiz var”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə ticari-iqtisadi əlaqələr saxlayır və praqmatik siyasətini davam etdirir.

“Ərazilərimizin 20 faizi – iki tarixi bölgəmiz işğal altında qaldıqca status-kvonu dəyişmək və diplomatik münasibətlərin bərpa etmək mümkünsüz olacaq. Bizim vəzifəmiz münaqişəni sülh yolu ilə həll etməkdir. Əlbəttə ki, bu yolda bir çox çətinliklər mövcuddur”, – Kobaxidze əlavə edib.