• 20 °C
|

İliyana Yotova Bolqarıstanda prezident seçkilərində liderlik edir

2 Noyabr 2026
img

Bolqarıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səslərin sayılması ilə bağlı ilk rəsmi nəticələri açıqlayıb.

APA xəbər verir ki, komissiyanın saytında yayımlanan məlumata görə, prezident və vitse-prezidentliyə namizədlər İliyana Yotova və Kiril Vılçev seçicilərin səslərinin 57,943 faizini, Andrey Gyurov və Georgi Kandev isə 39,007 faizini qazanıb.

Nəticələr yerli vaxtla saat 23:00-a (Bakı vaxtı ilə 00:00) olan məlumata əsaslanır.

Həmin vaxtadək seçki komissiyalarının protokollarının 17,39 faizi emal edilib.