• 29 °C
|

İngiltərə və Fransa “Storm Shadow” raket ehtiyatlarını artıracaq

10 İyul 2025
img

Böyük Britaniya və Fransa uzunmənzilli "Storm Shadow" qanadlı raket ehtiyatlarını artırmaq və onları əvəz edəcək yeni raketlərin birgə istehsalını sürətləndirmək üçün saziş imzalayacaq.

APA xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniya hökuməti çıxış edib.

"Böyük Britaniya və Fransa yenilənmiş razılaşmaya əsasən, onları əvəz etmək üçün səyləri gücləndirməklə yanaşı, çox miqdarda son dərəcə ölümcül "Storm Shadow" qanadlı raketləri sifariş edəcəklər", – Britaniya hökuməti mətbuata açıqlamasında bildirib.