21 Avq 2026

İsveçdə insanlara qılıncla hücum edilib.
BBC-nin xəbərinə görə, hadisə ölkənin mərkəzində – Fagersta bölgəsində yerləşən məktəbdə baş verib.
Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Xəsarət alanların sayı dəqiq açıqlanmayıb.
Hücumu törədən şəxs polis tərəfindən saxlanılıb.
Polis ətraf ərazilərdə yerləşən digər 8 məktəbi də nəzarətə götürüb.
Faktla bağlı araşdırma aparılır.