
İtaliya hökuməti Ukraynaya yeni hərbi yardım paketinin göndərilməsini gizli şəkildə razılaşdırıb. Paketə Aster 30 raketləri, SAMP/T NG sistemləri və radarlar daxildir.
Bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.
Məlumata görə, İtaliyanın Baş naziri Ciorcia Meloni hökuməti müvafiq qərarları artıq razılaşdırıb. Qərarların yekun olaraq 13-cü “Yardım haqqında dekret”də təsdiqlənməsi gözlənilir.
Yeni yardım paketinin əsas hissəsini hava hücumundan və raket əleyhinə müdafiə vasitələri təşkil edəcək.
Söhbət, xüsusilə, ballistik raketləri ələ keçirmək imkanına malik dörd SAMP/T NG batareyasından, həmçinin Aster 30 raketlərindən gedir.
Bundan əlavə, Fransanın Thales şirkətinin istehsalı olan altı və İtaliyanın Leonardo şirkətinin istehsalı olan bir uzaqmənzilli radarın göndərilməsi planlaşdırılır.
Nəşrin məlumatına görə, razılaşmalar iyul ayında İtaliya və Fransa arasında əldə olunan razılaşmanın nəticəsidir. Hər iki ölkə hava və raket hücumlarından müdafiə üçün istifadə olunan SAMP/T sistemləri və Aster 30 raketlərini birgə istehsal edir.