• 12 °C
|

İtaliyada qar uçqunu nəticəsində 2 xizəkçi ölüb, 5 nəfər yaralanıb

22 Mart 2026
img

İtaliyanın şimalında qar uçqunu nəticəsində 2 xizəkçi həlak olub, 5 nəfər xəsarət alıb.

Bu barədə "Rai" telekanalı məlumat yayıb.

Məlumata görə, uçqun hadisəsi baş verən zaman yamacda 25 xizəkçi olub.

Xəsarət alanlardan 3-nün vəziyyəti ağır, 2 nəfərin isə yüngüldür.

Xilasetmə əməliyyatına 5 helikopter cəlb olunub.