• 23 °C
|

Kallas: Avropa İttifaqını Çinlə əməkdaşlığa hazırdır

3 İyul 2025
img

Avropa İttifaqının xarici siyasət işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Brüsseldə keçirilən 13-cü Avropa İttifaqı – Çin strateji dialoqunda görüşüblər.

APA xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin yaydığı bəyanatda deyilir.

Məlumata görə, Kallas Avropa İttifaqının qlobal çağırışlara cavab olaraq Çinlə əməkdaşlığa sadiqliyini ifadə edib və “Vahid Çin” siyasətini dəstəkləyib.

O, Çin tərəfini ticarətdə mövcud olan tarazsızlığı azaltmağa, Avropa İttifaqına nadir torpaq elementlərinin ixracına qoyulmuş məhdudiyyətləri aradan qaldırmağa çağırıb, həmçinin Çin tərəfinin insan hüquqlarının pozulması və Avropaya qarşı hibrid təhdidlər göstərməsi ilə bağlı narahatlıqlarını bildirib.

Kallas həmçinin Çindən Rusiyanın Ukraynada apardığı müharibədə hər hansı maddi dəstəyi dərhal dayandırmağı və Brüsselin "şərtsiz atəşkəs" tələblərini tam dəstəkləməyi tələb edib.

Görüşdə tərəflər iyul ayının sonunda keçiriləcək Avropa İttifaqı və Çin liderləri sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.