• 18 °C
|

Kallas: Rusiyanın Qara dənizdə gəmiçiliyə hücumları qlobal ərzaq təhlükəsizliyini təhdid edir

22 Oktyabr 2026
img

Rusiyanın Qara dənizdə gəmiçiliyə qarşı artan hücumları regional və qlobal ərzaq təhlükəsizliyinə təhlükə yaradır.

APA xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulesku ilə telefon danışığı zamanı bildirib.

Kallas və Nekulesku Qara dəniz regionunda NATO-nun mövcudluğunun gücləndirilməsi məsələsini müzakirə ediblər.

Tərəflər, həmçinin Qara dəniz Dəniz Təhlükəsizliyi Mərkəzinin mümkün qədər tez fəaliyyətə başlamasının vacibliyini vurğulayıblar.